|
Kitabın Adı:
Meydan
|
Müəllifi:
Əmirli Əli
|
Mövzusu:
Filologiya.Bədii ədəbiyyat/Bədii ədəbiyyat
|
Nəşriyyat:
Bakı,Zərdabi Nəşr
|
Səhifə Sayı:
308
|
Dil:
Azərbaycan dili
|
Nəşr ili:
2025
|
Məlumat:
"Köhnə ev", "Mesenat", "Şah Qacar", "Varlı qadın", "Hasarın o
üzü" , "Bala başabəla" kimi onlarla məşhur pyesin müəllifi Əməkdar incəsənət xadimi, yazıçı-dramaturq Əli Əmirlinin yeni kitabına daxil etdiyi "Meydan" romanında cərəyan edən hadisələrin zamanı - 1988-ci ildə artıq tarixdir. Bu həmin o ildir ki, milli azadlıq hərəkatı bütöv Azərbaycanı mübarizə meydanına çıxarmışdı. Bu həm də elə bir vaxtdı ki, ədəbiyyat, sənət baş verən və sürətlə irəliləyən dramatik hadisələrin dalınca qoşa bilmir, geridə qalırdı, amma bu da təkzibedilməz həqiqətdir ki, zamanın həqiqi şəkli, itmiş, keçmişə qovuşmuş vaxtın ovqat fotosu tarix əsərlərində deyil, məhz bədii əsərlərin obyektivindədir. Əlbəttə, əgər müəllif həyat həqiqətini
bədii həqiqətə çevirməyi bacarıbsa.
|
Oxunma Sayı:
|
|