Yusif Səmədoğlu - 90
|
9.10.2025
|
|
09 oktyabr 2025-ci il tarixdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, ictimai xadim Yusif Səmədoğlunun anadan olmasının 90 illik yubileyi münasibətilə sərgi təşkil edilib.
Y.Səmədoğlunun “Seçilmiş əsərləri” adlı kitabında “Qətl günü” romanı, “Soyuq daş”, “Foto-fantaziya”, “İncə dərəsində yaz çağı”, “Bayatı-Şiraz”, “Astana” adlı hekayələri toplanıb. Yazıçının “Qətl günü” romanında insanların faciəsi, çətin həyat yolu öz əksini tapıb. “Deyilənlər gəldi başa” adlı kitabında “Beşik”, “Gözlər”, “Simurq quşu”, “Saat işləyir” adlı hekayələri və “Deyilənlər gəldi başa”, “Luksor” adlı romanları yer alıb. “Azərbaycan nəsri antologiyası” kitabına Y.Səmədoğlunun “220 №-li otaq” adlı hekayəsi daxil edilib. AMEA-nın müxbir üzvü N.Cəfərovun “Keçən günlərin tərcümeyi-halı” adlı kitabında Y. Səmədoğlu ilə bağlı xatirələri toplanıb. “Azərbaycan” ədəbi-bədii jurnalının 2005-ci ilin 12-ci sayında Xalq yazıçısı Yusif Səmədoğlunun anadan olmasının 70 illik yubileyinə həs olunmuş “Allahın nur payı”, “Nəsrin ustası”, “Yusifdən yazmaq çətindi!”, “İki yol ayrıcında yazılmış roman...”, “Yusif Səmədoğlunun yaradıcılığında ölüm” adlı məqalələr toplanıb. Jurnalın 2010-cu ilin 12-ci sayında Y.Səmədoğlunun anadan olmasının 75 illik yubileyinə həsr olunmuş “Yuxunuz şirin olsun dirilər..”, “Yusif Səmədoğlu: qeyb aləminin səsini eşidən adam...” adlı məqalələr yer alıb.
Sərgi il ərzində nümayiş ediləcək.
|
|