|
"Kitabxanaçı Günü"
|
|
15.5.2026
|
|
15 may 2026-cı il tarixdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında "Kitabxanaçı Günü" ilə əlaqədar "Kütləvi tədbirlərin təşkili" mövzusunda müzakirə keçirilib.
Müzakirəni giriş sözü ilə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının elmi işlər üzrə direktor müavini Yeganə Səfərova açaraq qeyd edib ki, kütləvi tədbirlərin keçirilməsində əsas məqsəd kitabxanaya yeni oxucu cəlb etmək, kitabı, elektron nəşrləri və digər çap məhsullarını təbliğ etmək, mütaliənin səviyyəsini yüksəltməkdir. Hər bir kütləvi tədbir oxucularda müəyyən bir mövzu haqqında konkret təsəvvür yaradır.
Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Kütləvi iş şöbəsinin müdiri Turqay Orucov "Kütləvi tədbirlərin təşkili" adlı mövzu ilə çıxış edərək bildirib ki, əlamətdar və tarixi günlərlə bağlı məlumatların əldə edilməsində, görkəmli elm, mədəniyyət, incəsənət və ədəbiyyat xadimlərinin yubileylərinin, həyat və fəaliyyətlərinin təbliğ edilməsində, oxucuların mütaliəyə olan maraqlarının artırılmasında kütləvi tədbirlərin rolu əvəzsizdir. Kitabxanaçı il ərzində həyata keçiriləcək kütləvi tədbirlərin adını və vaxtını illik iş planında əks etdirməlidir. Kütləvi tədbirlər əyani və şifahi təbliğat vasitələri ilə həyata keçirilir. Əyani təbliğat vasitələri dedikdə, sərgilər, fotostendlər, guşələr, reklamlar və s. nəzərdə tutulur. Şifahi təbliğat vasitələri dedikdə, ədəbi-bədii gecələr, biblioqrafik icmallar, kitab müzakirələri, kitab təqdimatları, söhbətlər, yığıncaqlar və s. nəzərdə tutulur. Keçirilən tədbirlərə elan, proqram, gündəlik, tədbirin yekununda isə protokol yazılır. Tədbirlərin sənədləri və çıxışlar qovluqlarda saxlanılır. Keçirilən tədbirlər kitabxananın rəsmi internet səhifəsində və sosial şəbəkə hesablarında paylaşılır.
Sonda elektron lövhədə mövzu ilə bağlı slayd nümayiş edilib, verilən suallar cavablandırılıb.
Müzakirədə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları olmaqla 26 nəfər iştirak edib.
|
|